• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Elnarə türk müğənnisi ilə duet oxudu – FOTOLAR

Elnarə türk müğənnisi ilə duet oxudu – FOTOLAR

Tanınmış müğənni və teleaparıcı Elnarə Xəlilova yenicə Türkiyədən qayıdıb.

O, Publika.az-a açıqlamasında bildirib ki, İstanbulda "Dayan" adlı yeni mahnısına klip çəkdirib.

Mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur: "Mahnı duet formasında ifa olunub. Duet ortağım Türkiyədə “Pop star” yarışmasından tanınan Barış Kömürcüoğludur. Mahnıya ekran həyatını Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya quruluş verib. Klipdə tərəf müqabilim də Barışdır. Yeni yaradıcı işimiz maraqlı alınıb. Ancaq bu barədə çox danışmaq istəmirəm. Çünki klip üçün qala-gecəsi təşkil ediləcək".

Müğənni əlavə etdi ki, klipin təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yaradıcı heyət də iştirak edəcək. "Dayan" mahnısının ekran həyatından olan fotoları təqdim edirik:

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR