Nigar Camal böyüdüyü məhəllənin sökülməsinə kədərləndi - Foto
Bizi izləyin

Tabloid.az

Nigar Camal böyüdüyü məhəllənin sökülməsinə kədərləndi - Foto

Qədimlik ruhunu sevirəm...

Tanınmış müğənni, Eurovision mahnı müsabiqəsinin qalibi Nigar Camaldoğulub boya-başa çatdığı məhəllənin sökülməsinə sosial şəbəkədəki profilində münasibət bildirib. Publika.az-ın Milli.Az saytına istinadən bildirdiyinə görə ki, müğənni həmin məhəllədəki uşaqlıq illərindən yazıb.

"Qəlbimə çox ağır gəlir... Mənim doğulub böyüdüyüm rayonu - Poluxindən Sovetski küçəsinə qədər ərazini sökürlər", - müğənni qeyd edib.

Müğənni ən xoş xatirələrini dilə gətirib:

"Ən xoş xatirələr məhəllə ilə bağlıdır. Orada hələ də köhnə Bakının ruhu dolaşır... Uşaqlığım hələ 19-cu əsrin sonlarında mənim ulu babamın aldığı evdə keçib. Üç nəslin tarixi bir çox sirləri özündə saxlayır. Maraqlı əhvalatlar, insan taleləri...

Buranın öz dünyası var. Hamı bir-birini tanıyır, yaxşı və pis günlərdə yardım edir... Böyük bir ailə kimi yaşayır...

Məhəllə sakinlərinin evimizin qarşısında toplaşaraq bizim qələbəmizi qeyd etməsi hələ də yadımdadır.

Hər il 31 dekabr tarixində məhəlləmizin sakinləri küçələrə çıxaraq Yeni ili qarşılayırdılar.

Yayda hər axşam qonşular həyətdə samovar qururdular, kişilər nərd oynayar, qadınlar çay içər, tum çırtlayar, söhbət edərdilər.

Qəlbim parçalanır... Bunu yalnız həmin məhəllədə böyüyən adamlar anlaya bilərlər. Biz bu məhəllənin hər küncünün fotolarını çəkirik. Yeri gəlmişkən, "Eurovision" layihəsində iştirak edən italyanlar da bu yerdə olmuşdular və sonradan oranın necə maraqlı olduğunu bizə danışırdılar.

Qədimlik ruhunu sevirəm... Köhnə məhəllədə səs-küydür, həyat qaynayır. Kimsə gülür, kimsə qışqırır...

Qonşular nəsə bişirəndə elə pəncərədən qışqırırlar, "Səndə varsa ver, sabah alıb sənə qaytararam". Elə pəncərədən hər şey ötürülür.

Uşaq vaxtı küçədə oynayarkən bizi yeməyə çağırırdılar. Yox deyəndə pəncərədən oxlovla hədələnirdik.

Ən gözəli isə xalça yumaq idi. Döşəməsilənlə oynayırdıq. Sonradan süpürgə və döşəməsiləni evə geri aparmağa həvəs olmurdu...

Yeni tikililərdə qonşu qonşunu tanımır. Hərə öz evinə girib qapını bağlayır...

Mən çox darıxacam..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm