Fatimə Moskva teatrlarından birində çalışır - Foto
Bizi izləyin

Tabloid.az

Fatimə Moskva teatrlarından birində çalışır - Foto

Şou-biznesin unutduğu Fatimə

2000-ci ilin əvvəllərində Azərbaycan şou-biznesinin tanınmış mahnı ifaçısı Fatimə Abbasquliyeva qısa bir vaxt ərzində parlasa da, sonradan şou-biznesi tərk edib. Onun səhnəni belə qəfildən, izsiz-soraqsız tərk eməsi bir çoxlarında müəyyən suallar yaratdı.


Artıq 12 ildir ki, Fatimənin harada olması barədə məlumat yoxdur. Modern.az müəyyən araşdırmalardan sonra Fatimə Abbasquliyeva barədə məlumatları öyrənə bilib.

F.Abbasquliyeva Moskvada fəaliyyət göstərən “U nikitskix vorot” teatrında çalışır. 2002-ci ildə Moskvaya köçən Fatimə Moskvada Rusiyanın məşhur Teatr Sənəti Universitetində (QİTİS) təhsil alıb. Professor Rozovskinin rəhbərliyi ilə burada teatr sənətinin incəliyini öyrənən Fatimənin diplom tamaşası yazıçı Selincerin “Uçurum üzərindəki çovdarlıqda” əsəri əsasında hazırlanmış tamaşa olub. Hazırda bu teatrda çalışan Fatimə Abbasquliyevanın repertuarında çoxlu rollar var.

Qeyd edək ki, Bakıda doğulan F.Abbasquliyeva 11-ci sinifdə oxuyarkən Bakıda keçirilən “Miss Azərbaycan” gözəllik yarışmasının qalibi olub.

2000-ci ilin əvvəllərində estradaya gələn Fatimənin “Sehirli yağış” mahnısı populyar idi. Uğurlu ifasına görə, 2001-ci ildə “Qızıl mikrofon” musiqi mükafatını qazanan Fatimə bundan başqa daha iki - “İlin müğənnisi” və “İlin debütü” nominasiyasında qalib gəlib. Fatimənin Özbəkistanın məşhur “Yalla” qrupunun rəhbəri Fərrux Zakirovla birgə oxuduğu “Odlar Yurdu” mahnısı dövrünün populyar ifalarından sayılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm