Tabloid.az
AMEA prezidenti İsrail səfiri ilə görüşüb
AMEA prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.
Publika.az-ın məlumatına görə, AMEA prezidenti elmin müvafiq
sahələrində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki
ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yaxın zamanda İsrailə səfər edəcəyini söyləyən A.Əlizadə elmlə
təhsilin inteqrasiyası istiqamətində bu ölkənin təcrübəsini
öyrənmək arzusunda olduğunu dilə gətirib. “Bu gün İsrail elmi çox
yüksək nailiyyətlər əldə etmişdir. Ölkə elm, təhsil və innovativ
texnologiyaların inkişafı istiqamətində böyük təcrübəyə
malikdir.”
AMEA prezidenti İsrailin elm və təhsil müəssisəsələri ilə birgə
fizika, geofizika, yer elmləri, tibb və aqrar sahələrdə birgə
əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
İsraildə 70 mindən çox azərbaycanlının yaşadığını qeyd edən
R.Harpaz akademik A.Əlizadəni öz ölkəsində görməkdən məmnun
olacağını bildirərək AMEA rəhbərliyinə dəvət məktubunu təqdim edib.
O, AMEA prezidentinin İsrailə səfərinin daha səmərəli təşkili
məqsədilə İsrail elminin təbliği və tarixi abidələrinin
tanıdılmasına dair xüsusi proqramın tərtib olunacağını vurğulayıb.
AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında
əməkdaşlığa dair sazişin imzalanmasının vacibliyini önə çəkib.
Tədbirdə, həmçinin bu əlaqələrin hər iki ölkədə mühüm elmi
nailiyyətlərin əldə olunmasında böyük rol oynayacağı, əməkdaşlıq
perspektivlərinin bundan sonra da inkişaf etdiriləcəyi bildirilib.
Qeyd olunub ki, iki ölkə arasında bilik və təcrübə mübadiləsinin
aparılması elmi imkanların daha da genişləndirilməsinə zəmin
yaradacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!