Məşhur rejissor 83 yaşında dünyasını dəyişdi
Bizi izləyin

Tabloid.az

Məşhur rejissor 83 yaşında dünyasını dəyişdi

ABŞ-ın məşhur kino, teatr və televiziya tamaşalarının rejissoru Mayk Nikols 83 yaşında dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, yarım əsrlik yaradıcılığa malik olan Nikols ürək tutmasından vəfat edib.

Oskar, Qremmi və Toni mükafatlarına dəfələrlə layiq görülən kino-rejissor 1931-ci ildə Berlində alman ana və rusiyalı yəhudi atadan dünyaya gəlib. Onun ən məşhur filmləri arasında 1968-ci ildə Oskar mükafatına layiq görülən “Virciniya Vulfdan kim qorxur” filmi yer alır. Dastinn Hoffmanın iştirak etdiyi “Məzun” filminə görə Nikols Qızıl qlobus mükafatını qazanıb.

O, 7 yaşında ailəsi ilə bərabər ABŞ-a mühacirət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm