Məşhur aktyora daha bir zorlama ittihamı
Bizi izləyin

Tabloid.az

Məşhur aktyora daha bir zorlama ittihamı

Məşhur aktyor Bill Kosbi daha bir zorlama ittihamı ilə üzləşib.

Publika.az-ın məlumatına görə, 70-80-ci illərin məşhur modeli Cenis Dikinson da Kosbi tərəfindən zorlandığını açılayıb. Onun sözlərinə görə, hadisə 1982-ci ildə Tahoe Gölündə keçirilən bir ziyafət gecəsi baş verib. Aktyor içkili olan modelə uyuşdurucu həb verərək otağında zorlayıb.

"Son xatırladığım şey xalatını çıxararaq üstümə uzandığıdı. Səhər oyananda isə çılpaq idim və hər yerim ağrıyırdı", - Cenis əlavə edib.

Qeyd edək ki, ötən gün məşhur aktrisa Barbara Bauman də Bill Kospini zorlamada itiham edib. Xatırladaq ki, 1980-ci illərdə Bill Kospi 14 qadına uyuşdurucu maddə verərək zorlamaqda ittiham olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm