Millət vəkili bəstəkar xanımla bir arada – VİDEO+FOTOLAR
Bizi izləyin

Tabloid.az

Millət vəkili bəstəkar xanımla bir arada – VİDEO+FOTOLAR

Tanınmış bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın işbirliyi davam edir.

Bu barədə Publika.az-a danışan bəstəkar Sevinc Tofiqqızı bildirib ki, Qənirə xanımla olan yeni mahnılarını tanınmış ifaçı Rəşad İlyasov oxuyub: “Mənim dəyərli millət vəkilimiz Qənirə xanım Paşayeva ilə işbirliyim davam edir. Bu dəfə sözləri Qənirə xanıma, musiqisi isə mənə aid olan “Sənsizlik” adlı mahnımızı gözəl ifaçı Rəşad İlyasov oxudu. İnanıram ki, dinləyicilər tərəfindən çox bəyəniləcək. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 9-cu mahnıdır. Bundan sonra da işbirliyimiz davam edəcək”.

Mahnını ifa edən müğənni Rəşad İlyasov da öz növbəsində Publika.az-a açıqlamasında Sevinc Tofiqqızı və Qənirə Paşayevanın birlikdə ərsəyə gətirdikləri “Sənsizlik” mahnısını ifa etməkdən məmnun olduğunu bildirib: “ İnanın, mənə sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına aid olan mahnını oxumaq təklifi gələndə çox şad oldum. Çünki hər ikisi mənim üçün çox dəyərlidirlər. Mən fəxrlə bu iki gözəl xanımın ərsəyə gətirdiyi “Sənsizlik” mahınısını oxudum. İnanıram ki, bu ifam dinləyicilər tərəfindən bəyəniləcək”.

Qeyd edək ki, mahnının bek-vokalını müğənni Leyla Babayeva oxuyub, aranjimanını isə Osman Həmidov edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm