Brilliant Dadaşova gənc oğlanı həbs etdirdi
Bizi izləyin

Tabloid.az

Brilliant Dadaşova gənc oğlanı həbs etdirdi

Azərbaycanın Xalq artisti, məşhur müğənni Brilliant Dadaşovanın şikayəti əsasında gənc bir oğlan həbs olunub.

Aznews.az xəbər verir ki, Sumqayıt sakini olan həmin gəncə dünən Sumqayıt Şəhər Məhkəməsi 15 sutka həbs cəzası verib.

Məhkəmədə açıqlanıb ki, həmin şəxs müğənniyə qarşı xuliqanlıq edib. Belə ki, o, özünün çılpaq şəkillərini müğənniyə Vatsap (WhatsApp) vasitəsilə göndərməklə, qeyri-əxlaqi hərəkətlərə yol verib. Bunu özünə qarşı təhqir hesab edən Xalq artisti məhkəməyə müraciət edərək həmin gəncin cəzalandırılmasına nail olub.

Xəbəri Brilliant Dadaşova təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm