Almaz Ələsgərli Tural Bayraməliyevlə bir arada
Bizi izləyin

Tabloid.az

Almaz Ələsgərli Tural Bayraməliyevlə bir arada

Əməkdar artist Almaz Ələsgərli yeni hitini təqdim etməyə hazırlaşır.

Müğənni dekabrın 12-də Heydər Əliyevin anım gününə bir kompozisiya təqdim edəcək. “Ulu Öndər” adlı bu nəğmənin sözləri Həsən Şirinova, musiqisi bəstəkar-şair Tural Bayraməliyevə məxsusdur.

Publika.az-a bu barədə bəstəkar özü məlumat verib.

Tural Bayraməliyevin növbəti şeirlər kitabı da çapa hazırlanır. Uzun illərdən bəri yazılan və artıq bir kitab həçminə gələn şeirlər toplusu “Sevgi dünyası” adlandırılıb.

“5 ildir ikinci kitabım üzərində çalışıram. “Sevgi dünyası” adlandırdığım kitabın əsasını Vətən, sevgi mövzusu təşkil edir. Hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən, yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək”, – deyən müəllif şeirlər toplusunu 2015-ci ilin ilk həftələrində təqdim etməyi nəzərdə tutub.

Müəllifin məlumatına görə, onun ilk kitabı 2008-ci ildə çapdan çıxıb. “Nəğmələr kitabı” adı ilə öncə Gürcüstanda, daha sonra respublikamızda təqdimatı keçirilən toplunu Tural Bayraməliyev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edib:

“Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq, özümə borc bilmişəm. Bu silsiləni bu dəfə mahnı şəklində davam etdirəcəyəm. Heydər Əliyevin 85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan “Xalqımızın qəlbindəsən” adlı kompozisiya həsr etmişdim. Bu mahnı xalq artisti Nisə Qasımovanın ifasında səsləndirildi. “Ulu Öndər” əsəri də bu istiqamətdə növbəti yaradıcılıq işimdir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm