"First lady" Castin Biberin anasına nə tövsiyyə etdi?
Bizi izləyin

Tabloid.az

"First lady" Castin Biberin anasına nə tövsiyyə etdi?

“Mallettenin yerində olsam, oğlumla..."

Mişel Obama ABŞ-da yayımlanan televiziya verilişlərindən birinə verdiyi müsahibədə Castin Biberin anasına oğluyla daha çox vaxt keçirməsini tövsiyə edib.

"First lady" “Univision” televiziya kanalına verdiyi müsahibədə Biberin anası Pattie Malletteyə oğluyla daha çox vaxt keçirməsini məsləhət görüb. Obama, “Mallettenin yerində olsam, oğlumla daha yaxından əlaqə qurmağa və onun özünü necə gördüyü haqqında daha çox fikir sahibi olmağa çalışardım”, -deyib.

Obama qızlarının valideyn olaraq özünün tövsiyələrinə ehtiyacı olduğunu, Biberin də hələki uşaq olduğunu xatırladıb.

Son olaraq içkili halda avtomobil idarə etdiyi üçün həbs olunan Biberin ABŞ-dan deportasiya edilməsi üçün açılan ərizəyə 250 mindən çox adam dəstək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm