• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Brilliant Dadaşova həbs etdirdiyi gəncdən danışdı

Brilliant  Dadaşova həbs etdirdiyi gəncdən danışdı

Xalq artisti Brilliant Dadaşovanın məhkəmə olayına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, xalq artisti xəbəri təsdiqləyib: “Mənim telefonumda "whatsapp" və digər sosial şəbəkələrdəki akkauntlarıma köməkçilərim nəzarət edir. Qeyd olunan adam "whatsapp" vasitəsilə nömrəmə əxlaqsız fotolar göndərib. Telefonumda köməkçim olduğundan o, bunları vəkilimə göstərib. Və nəticə olaraq Sumqayıt məhkəməsi həmin gəncə 15 sutka cəza kəsib.

Bu gün məndən o insanın kimliyini soruşsalar da, bunu açıqlamaq niyyətində deyiləm. Çünki o gənc qanun qarşısında öz cəzasını alıb və gənc olduğundan bir də ictimai qınaq hədəfi olmasını istəmirəm. Ümid edirəm, olanlardan nəticə çıxarıb bir də belə səhvlərə yol verməz”.

Qeyd edək ki bir müddət öncə xalq artistinin telefonuna gənc oğlan öz çılpaq fotolarını göndərib. Bunun nəticəsi olaraq müğənninin vəkilinin şikayəti ilə Sumqayıt Məhkəməsində gəncə 15 sutka cəza kəsilib.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq aznews.az saytı yayıb.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR