Tarkan milyon dollarlıq malikanəsinə niyə gedə bilmir? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tarkan milyon dollarlıq malikanəsinə niyə gedə bilmir? – FOTOLAR

Tarkan təbiət qoynunda tikdirdiyi milyon dollarlıq qoşa villasında istirahət edə bilmir.

Buna səbəb meqastarın Rivadakı “əkizlər”inə gedən yolda inşa olunan üçüncü körpüdür.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, adətən, səs-küydən uzaq olmaq üçün bura gələn sənətçi tikinti işləri zamanı texnikanın səsindən bezdiyinə görə Rivadan imtina edib. Sənətçinin malikanəsinə baş çəkməməsindən yararlanan işçilər özləri burada istirahət edirlər.

Türkiyə mətbuatı xəbər verir ki, villaların yaxınlığında körpü inşa olunduğuna görə ərazidə qiymət artımı müşahidə olnub. Belə ki, ötən il hər kvadratmetri 1500 lirə olan məkanda hazırda 4000 lirəyə torpaq tapmaq mümkün deyil.

Kəndlilərin iddialarına görə, Tarkan özü də bu vəziyyətdən narahatdır. Amma maraqlıdır ki, narahat olsa da, o, Rivadakı 40 hektar sahəsi olan malikanəsində süni göl düzəltdirib, toyuq və inək saxlatdırır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm