Azərbaycanlı rəqqasə uşağının dayəsi ilə bağlı fakt açıqladı
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rəqqasə uşağının dayəsi ilə bağlı fakt açıqladı

Rəqqasə Fatimə, sən demə, uşağına dayə tutarkən onu əməlli-başlı sınaqdan və üstəlik, tibbi müayinədən keçiribmiş.

Publika.az-ın məlumatına görə, Fatimə balaca oğluna dayə tutarkən “yüz ölçüb, bir biçdiyini” deyir: “Dayələr barədə hərə bir söz danışır. Mən də oğluma dayə axtararkən xeyli ölçüb-biçdim. Məndə altıncı hiss var, bir dəfə baxan kimi başa düşürdüm ki, o qadından uşağıma normal dayə ola bilər, ya yox. Amma nəhayət ki, birinə ürəyim qızdı. Oğlumun indiki dayəsini deyirəm – onu görən kimi başa düşdüm ki, etibarlı insandır. Amma həmin qadınla bir şərtim oldu, dedim ki, uşağımın dayəsinə tam etibar etmək üçün mütləq tibbi müayinədən keçməlisən. Etiraz etmədi. Elə özümün şəxsi həkimim onu müayinə etdi və tam əmin oldum ki, xanım həm də sağlamdır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm