• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Humay indi də “Qaval”la - FOTOLAR

Humay indi də “Qaval”la - FOTOLAR

Tarzən Humay Qədimova sayca 4-cü instrumental klipini ərsəyə gətirib.

Növbəti həftəyə təqdimatı nəzərdə tutulan ekran işi bu dəfə udun ifasında lentə alınıb.

Humayın ifa üçün seçimi, milli rəqslərimizdən olan “Qaval”dır. Klipin rejissoru H.Qədimovanın bir sıra konsert və layihələrinə ekran həyatı verən Vüsalə Mirzəyevadır.

Çəkilişlər Mərdəkanda, “Arşın mal alan” filminin çəkildiyi məkanlardan birində aparılıb. Geyim mövzuya uyğun milli üslubda seçilib. Humay xanım bu səpkidə ifanı tamaşaçı tələbatını nəzərə alaraq, ekrana gətirdiyini bildirdi:

“Sosial şəbəkədə ud ifamı arabir təqdim edirəm. Çoxluq bu təqdimatı klip şəklində böyük ekrandan görməyi arzulayır. Hətta İrandan, Türkiyədən, başqa ölkələrdən udla çıxışımı görmək istəyənlər var. Müraciətləri nəzərə alıb, belə bir layihə ərsəyə gətirdim”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR