• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səidə Sultan həkimə düşdü: diaqnoz bəlli deyil – FOTO

Səidə Sultan həkimə düşdü: diaqnoz bəlli deyil – FOTO

Müğənni Səidə Sultan həkimlərdən gileylənərək, bir müddət öncə başına gələn hadisədən danışıb.

Publika.az-ın məlumatına görə, sənətçi bildirib ki, həkimlərin naşılığı üzündən, az qala, bıçaq altına düşəcəkmiş: “Bir müddət öncə qarın nahiyəmdə güclü sancılarım oldu, məcbur qalıb paytaxtın ən məşhur klinikalarının birinə getdim. Həkimlər məni müayinə etdilər və dərhal “appendisit”dən dərhal əməliyyat olunacağımı bildirdilər.

Bacıma zəng elədim ki, bəs xəstəxanadayam, məni əməliyyat etmək istəyirlər. Bacım qışqırdı ki, nə əməliyyat, sənin başın xarab olub, tez qayıt evə. Elə də etdim, başqa xəstəxanaya müraciət etdim. Həkimlər məni müayinə edib, bəzi problemlərimin olduğunu dedilər. Getdim əvvəl getdiyim həmin həkimlərin yanına ki, niyə dəqiq diaqnoz olmadan məni əməliyyat etmək istəyirdiniz? Onlar da qayıtdılar ki, əməliyyat edəcəkdik, appendisit olmasaydı, yenidən bağlayacaqdıq də”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR