Azərbaycanlı məşhurun ad günüdür – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı məşhurun ad günüdür – FOTO

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun ad günüdür.

Publika.az-ın məlumatına görə, F.Xəlilov 1946-cı il avqustun 26-da anadan olub. İlk təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində alıb. Sonra təhsilini Stroqanov adına rəssamlıq məktəbində və 1969-1975-ci illərdə Moskva poliqrafiya institutunda davam etdirib.

Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur.

1987-ci ildə Fərhad Xəlilov Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib, indi də bu yaradıcı birliyinə rəhbərlik edir. Rəssamın əsərləri dəfələrlə keçmiş SSRİ ölkələrində, Avropada, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib.

2006-cı ildə Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" ordeniylə mükafatlandırılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm