Tabloid.az
Azərbaycan və Türkiyə aşıqları deyişdi – FOTO
Azərbaycan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakıda keçirilən Türkiyə Kültür Günləri çərçivəsində Azərbaycan və Türkiyə aşıqlarının deyişməsi keçirilib.
Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan çıxışında Türkiyə kültür həftəsinin iki qardaş ölkənin birgə mühüm layihələrdən biri olduğunu xüsusi qeyd edib və bu işin mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən söz açıb. Qeyd edək ki, tədbirdə Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslanla yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları və digər ictimai şəxslər iştirak ediblər.
Sonra hər iki ölkənin tanınmış aşıqlarının ifasında deyişmə başlayıb.
Onu da deyək ki, Türkiyədən Azərbaycana gələn aşıqlar Gültəkin Buludoğlu, Bahəddin Yıldızoğlu, Mustafa Altan, Temel Şahinin, eləcə də Azərbaycandan qazaxlı və gədəbəyli aşıqların deyişmələri maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda Türkiyə kültür həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə keçirilir.
Cəvahir
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...