Tanınmış aktrisamız qəzaya düşdü - ÖZƏL- FOTO
Bizi izləyin

Tabloid.az

Tanınmış aktrisamız qəzaya düşdü - ÖZƏL- FOTO

Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova qəzaya düşüb. Publika.az-ın məlumatına görə, aktrisanın idarə etdiyi avtomobil bir neçə dəqiqə öncə Gənclik metrosundan Tibbi Universitetinə gedən istiqamətdə, Mirəli Qaşqay küçəsində vurulub. Əməkdaşımız H.Mürvətova ilə əlaqə saxlayıb. Mürvətova bildirib ki, “Nissan Tida” markalı avtomobil qəfil onun idarə etdiyi “Hyundai” markalı maşının qarşısına çıxıb:

“Qəfil qarşıma çıxdı. Yaxşı ki, maşını bir az kənara qaçırtdım, yoxsa daha pis nəticələnəcəkdi. Hazırda maşını evakuatorla servisə aparırıq, dəymiş ziyanı sığorta ödəyəcək”.

Qəzadan çəkilmiş fotonu təqdim edirik.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm