Arif Məlikov müəllif konserti verəcək – FOTO
Bizi izləyin

Tabloid.az

Arif Məlikov müəllif konserti verəcək – FOTO

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ xalq artisti, professor Arif Məlikovun müəllif konsertinin keçirilməsi planlaşdırılır.


Publika.az-ın məlumatına görə, tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycan Respublikasının əməkdar artisti Adilə Əliyeva çıxış edəcək.


Proqramda Arif Məlikovun ikinci və altıncı simfoniyası, "Metamorfozlar" simfonik poeması, fortepiano və orkestr üçün konserti səslənəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm