• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sevdadan İTTİHAM: ““Torbamı tikən” odur”

Sevdadan İTTİHAM: ““Torbamı tikən” odur”

Müğənni Sevda Əliqızı, deyəsən, peşman olub.

Bir neçə gündən bəri bir-birini topa-tüfəngə tutan, ünvanlarına demədikləri təhqir qalmayan keçmiş duet ortaqları Sevda Əliqızı ilə xalq artisti Səməd Səmədov, görünür, taktikanı dəyişməli olublar. Hadısələrin gedişindən belə görünür ki, Sevda Əliqızı 15 illik duetdaşı ilə belə tezliklə ayrılmaq niyyətində deyil. Belə ki, sənətçi xanımın qəzəbi soyuyub. Bunun da səbəbləri var.

Publika.az-a danışan müğənni xanım hətta iddia edir ki, Səmədlə onun aralarını vurublar. Özü də bu məsələdə Səmədin prodüseri Rövşəni ittiham edir: “Mən indi-indi başa düşürəm ki, Səməd mənim barəmdə elə sözlər deməyib. Elə aranı qarışdıran Rövşən olub. Çünki Rövşən əvvəldən ansambla nifaq salıb, hətta qarmon ifaçısının “torbasını tikərək” işindən uzaqlaşdırıb. O, bir neçə adamla da yola getmirdi və dərhal da həmin adamlarla Səmədin arasını vururdu. Bir dəfə zarafatla mən ona dedim ki, Rövşən, belə getsə, nə vaxtsa, mənim də “torbamı tikəcəksən”. Qayıtdı ki, yox, bacı nə danışırsan, mən səni çox istəyirəm. Məncə, Səmədin adından ortalığı Rövşən qarışdırıb. Çünki Rövşənin efirdən mənə səsləndirdiyi ifadələr də bunu sübut edir”.

Sevda Əliqızı hətta buna görə Səmədin ünvanına mətbuatda və sosial şəbəkədə “kaftar” sözü işlətdiyinə görə peşman olduğunu da deyir: “Mən Səmədin yaxşılığını da dana bilmərəm. Bir dəfə xəstələndim, əməliyyat olundum. Səməd hər gün mənim yanıma gəlib baş çəkirdi, qayğılarımı soruşurdu. Xəstəxanadan çıxıb evdə oturdum, bir müddət toylara da getmədim. Amma Səməd toyda qazandığı puldan mənə göndərirdi. Səməd əliaçıq insandır. Bunu dana bilmərəm. Görünür, onunla mənim aramı vurmaq istəyənlər niyyətlərinə çatdılar. Səmədin adından mənə xəbər çatdırdılar, mən də əsəbiləşib, onun barəsində nalayiq sözlər işlətdim”.

Qeyd edək ki, Sevda Əliqızı ilə Səməd Səmədov arasında “müharibə” prodüserin telefon danışığı və mesajından sonra başlayıb. Prodüser Səmədin Sevda ilə işləmək istəmədiyini və qocaldığı üçün onu gənc müğənni xanımla əvəzlədiyini bildirib. Bu sözdən əsəbiləşən Sevda Əliqızı da Səmədin ünvanına “kaftar” ifadəsini işlədib. Elə tərəflərin bir-birləri ilə söz atışması da bundan sonra başladı. Qalmaqal səngiməkdədir. Amma küsülü olan tərəflər hələ ki bir-birləri ilə üz-üzə oturub məsələni aydınlaşdırmayıblar.

Sevda Əliqızı Səməd Səmədova münasibətinə gəlincə, “mən onun xətrini çox istəyirəm, buna görə də ondan incimişəm”-, deyib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR