• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Koreyalılar Bakıya kino gətirir

Koreyalılar Bakıya kino gətirir

Noyabrın 27-30-da “Nizami” Kino Mərkəzində Koreya Kinosu Festivalı keçiriləcək.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Festival SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Dörd gün ərzində 10 Koreya filminin nümayişi nəzərdə tutulub. Festivalın noyabrın 27-də, saat 19:30-da təşkil olunacaq açılış mərasimində "Memarlıq 101" filmi tamaşaçılara təqdim ediləcək.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR