Birayaqlı, transeksual, çəpgöz, albinos...- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Birayaqlı, transeksual, çəpgöz, albinos...- FOTOLAR

İnsanın gözəl olmasını müəyyən etmək üçün xüsusi bir kriteriya varmı? Xoşbəxtlikdən belə bir kriteriya mövcud deyil.

Publika.az ideal olmayan, qüsurlu və qeyri-adi modelləri təqdim edir.

Brunett Moffi-çəpgöz model

Brunett çəpgöz olmasına baxmayaraq, KeytMoss, Sindi Krouford və Kara Delevin kimi modellərlə çalışan agentlik onu işbirliyinə dəvət edib. O, öz qüsuruna üstün gələrək öz gözəlliyi ilə dünyanı fəth edir.

Ceki O’Şonessi-yaşlı model

Ceki O’Şonessinin 62 yaşı var və o, alt paltarların simasıdır. Ceki bununla da, gözəlliyin yaş səddi olmadığını sübut edib.

Katya Jarkova-iri bədən ölçülü model

İri bədən ölçülü 33 yaşlı Katya nəinki Rusiya, hətta xaricdə də tanınan uğurlu modellərdən biridir.

Melani Qaydos-heç bir gözəllik çərçivəsinə daxil olmayan model

Melani bütün modellərdən fərqlidir. O, özündə güc taparaq qeyri-adi siması ilə model olmağa razılıq verib. Qaydosektodermaldisplaziya adlı nadir xəstəlikdən əziyyət çəkir.

Diandra Forrest-afroamerikalı albinos model

Afroamerikalı model solğun bədən rənginə görə məşhurdur. O, hələ uşaq olarkən həmyaşıdlarının gülüş mənbəyinə çevrilib. İndi isə Diandra dünyanın ilk albinos modeli kimi fəaliyyət göstərir.

Şantel Braun-Yanq-piqmentasiya pozuntulu model

Şantel uşaqlıqdan nadir dəri xəstəliyindən əziyyət çəkir. dərisindəki piqmentasiya pozuntusu nəticəsində Şantelə “inək qız” adı verilib. O, etriafedir ki, bu vaxta qədər dəfələrlə təhqir olub və ələ salınıb. Lakin Şantel təslim olmayaraq modellik karyerasına kimi ucalıb.

Cillian Merkado-əlil arabasında olan model

Merkado ayağa durub podiumda nümayişlərə qatıla bilməsə də, qız fotomodel kimi fəaliyyət göstərir.

Andrea Pejiç-transeskual model

Andreanın əsil adı Andreydir. Əvvəl-əvvəl o, androgen (nə kişi, nə də qadın) olması ilə məşhur idi.Ona görə də, Anrey həm kişi, həm də kişi jurnallarında çəkilərdi. Lakin Andrey bu il cinsini dəyişərək Andrea olub.

Viktoriya Modesta-birayaqlı model

O, xəstə ayaqla doğulduğu üçün 19 yaşında amputasiya edib. Kəsilmiş ayağın yerinə isə Viktoriya protezdən istifadə edir. Lakin bu onun model karyerasına ziyan vurmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm