“Şərikli çörəy”in 90 yaşlı sahibi – FOTO
Bizi izləyin

Tabloid.az

“Şərikli çörəy”in 90 yaşlı sahibi – FOTO

Azərbaycan milli kinosunda xüsusi xidmətləri olan görkəmli rejissor, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun (1924-1997) doğum günü münasibəti ilə tədbir keçiriləcək.

Dekabrın 6-da Dövlət Film Fondunda keçiriləcək tədbir rejissorun 90 illik yubileyinə həsr olunacaq.

Film Fondundan Publika.az-a verilən məlumata görə, yubiley tədbirində sənətkarın həyat və yaradıcılığından söz açılacaq, filmlərindən fraqmentlər göstəriləcək. Eyni zamanda, tədbir iştirakçıları rejissorun sənət yolundan bəhs edən fotosərgi ilə tanış olacaqlar.

Qeyd edək ki, Şamil Mahmudbəyov Azərbaycan kinosunun şah əsərlərindən sayılan “Şərikli çörək”, “Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma”, “Romeo mənim qonşumdur” və s. filmlərə quruluş verib. Ümumilikdə, rejissorun əllidən artıq filmi var.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm