• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Milli geyimlərimiz çexləri valeh etdi – FOTO

Milli geyimlərimiz çexləri valeh etdi – FOTO

Praqadakı Çexiya Milli muzeyinin binasında “Azərbaycan Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin açılış mərasimi keçirilib.


Publika.az-ın məlumatına görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin, Çexiya Respublikası Milli Muzeyinin təşkilatçılığı və ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.


Azərbaycanın Çexiyadakı səfirliyindən bildirilib ki, açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər.

Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə bu ölkədə akreditə olunmuş diplomatik korpusların təmsilçiləri, çex və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.


Çıxışlardan sonra, səfirliyin əməkdaşları Nigar Əfəndiyeva və Tural Gəncəliyevin dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz” romansını tar və fortepianoda canlı ifa etməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.


Sonra tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.


Çexiya Milli muzeyinin binasının müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əsginasları və digər dəyərli əşyalar nümayiş etdirilib.


Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR