Elnarə: “Dedim ki, əl çək, mən Rövşənin arvadıyam” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Elnarə: “Dedim ki, əl çək, mən Rövşənin arvadıyam” – FOTOLAR

Müğənni Elnarə Xəlilova media mənsublarını başına toplayıb, “Dayan” adlı yeni klipini təqdim edib.

Publika.az-ın məlumatına görə, təqdimat mərasimində KİV nümayəndələri ilə yanaşı, “Dayan”ın yaradıcı heyəti də iştirak edib. Yalnız tədbirdə müğənninin duet ortağı Barış iştirak edə bilməyib. Bunun da səbəbi Barışın Türkiyədə işlərinin çox olması olub.

“Dayan” (söz və musiqisi bəstəkar Günel Sərdarqızı) adlı duet mahnıya klipi türkiyəli rejissor Mustafa Sarıkaya çəkib.

Klipdə Elnarənin duet ortağı və tərəf müqabili “Popstar” yarışmasından tanınan Barış Kömürcüoğlu olub. Türkiyəli ifaçı özü tədbirdə iştirak edə bilməyib. Bu da təqdimatın vaxtının dəyişdirilməsi ilə əlaqədar olub. Belə ki, məhz bu gün müğənni qardaş ölkədə konsert proqramı ilə səhnəyə çıxacaq.

Öncə qeyd edək ki, klipin çəkilişləri qədimliyi və müasirliyi özündə birləşdirən, meqapolis sayılan İstanbulun müxtəlif məkanlarında aparılıb.

Çəkilişlər üç gün ərzində Rumeli Kalesi, Qalata Sarayı, İstanbulun mərkəzi küçələri, Boğaziçi və Heydər Əliyev Parkında aparılıb.

Müğənni büdcəni açıqlamasa da, klipin xərcinin həyat yoldaşı Rövşən tərəfindən ödənildiyini bildirdi. Onu da öyrəndik ki, yeni klipi izləyən sənətçinin böyük oğlu Tuğər qısqanclıq hissini boğa bilməyib: “Oğlum Tuğər klipə baxıb məndən soruşdu ki, ana, sən o oğlanı sevirsən? Dedim ki, yox, balası, mən klipdə obrazdayam. Sualları bununla bitmədi. Axırda dedim ki, əl çək, mən Rövşənin arvadıyam”.

Elnarə gələcəkdə daha bir neçə yeni ekran işini təqdim edəcəyini də bildirdi. Bütün bu işlərini isə Türkiyədə ərsəyə gətirəcək.

“Dayan” yaxın günlərdə radio dalğalarında səsləndiriləcək. Klip isə televiziya kanallarında nümayiş olunacaq.

Cəvahir

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm