Tanınmış aktyorumuz: “Yoldaşım boyca məndən hündürdür” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyorumuz: “Yoldaşım boyca məndən hündürdür” – FOTOLAR

Gənc Tamaşaçılar Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevin Publika.az-a müsahibəsi

- Natiq müəllim, yaradıcılıqda nə var, nə yox?
- Hazırda bir filmə çəkilirəm. Türkiyəli rejissor Mətin Yücelin çəkdiyi “Pulumu qaytar” adlı filmdə əsas rollardan birini oynamışam. Əvvəlcə Bakıda çəkildik, sonra Türkiyədə çəkilişlərimiz oldu. Mətin Yücel dünən (srağagün – red.) mənimlə əlaqə saxladı. Bildirdi ki, dekabrda Bakıda filmin qala gecəsi keçiriləcək.

- Bəs teatrda işlər necədir?
- Teatrda tamaşalarımı oynayıram, məşqlərə gedirəm. Azərbaycanda da bir filmə çəkilmək təklif olunub. Hələlik filmin adını bilmirəm.

- Rejissoru kimdir?

- Nail Naiboğlu çəkəcək.

- Bizim aktyorlar çox vaxt qonorardan şikayətlənirlər. Türkiyədə filmə çəkildiyinizə görə bilərsiniz, fərq nə qədərdir?

- Burada aktyor 50-100 manata çəkilir. Amma Türkiyə çəkilən filmlərdə arxa planda, yaxud epizodda çəkilən aktyor gününə 900 dollar alır.

- Siz nə qədər alırdınız?

- (gülür) Hələ tam almamışam.

- Bəs neçəyə danışmısınız?

- (Bir neçə dəfə israr edəndən sonra deyir – İ.V.) Min dollara.

- Həm cizgilərinizə, həm də boyunuza görə fərqlənirsiniz. Fikrinizcə, rejissorlar sizdən tamaşalarda, seriallarda, filmlərdə lazımınca istifadə edə bilirlər?

- Teatrdakı tamaşalarda varam, işləyirəm. İstədim-istəmədim, rol verirlər. Düzdür, bəziləri ürəyimcə olmasa da, işimdi deyə, oynamalıyam. Amma ümumi səviyyədə götürsək, məni qane etmir. Çünki indi peşəkar rejissor azdır və çoxları rejissorluq etmək fikrinə düşüblər. Ən pisi odur ki, sənəti olmayan adamlar rejissorluq edirlər və özləri kimi qeyri-peşəkarları da çəkirlər.

- Toylara tamada kimi gedirsiniz?

- Vaxtında çox getmişəm. İyirmi il ərzində Azərbaycann bütün rayonlarında, kəndlərində olmuşam. Amma son vaxtlar müğənnilər bu işi də əlimizdən alıblar. Toyu da özləri aparırlar. Bəzən isə yaxın bildiyin adamın məclisində pulsuz da olsa, gedib çıxış edirəm.

- Toy aparanda boyunuzla bağlı maraqlı əhvalatla rastlaşmısınız?

- Yox, mənə qarşı yaxşı münasibət olub.

- Müsahibələrinizin birində demişdiniz ki, oğlunuzun 16 yaşındadır, 170 santimetr boyu var.

- Bəli, məndən hündürdür.

- Sizin boyunuz nə qədərdi?

- 144 santimetr. Oğlumun da boyu 170-dir.

- Xanımınızın boyu sizdən hündürdür?

- O da məndən uzundur.

- Bəs o vaxt elçi gedəndə boyunuza görə etiraz etmədilər?

- (gülür) Elə şeylər olmadı. Məhəbbət hər şeyə qalib gəlir. Ziyalı insanlar olduğumuz üçün bir-birimizi başa düşdük.

- Kompleksiniz var?

- Əvvəl ola bilərdi. Amma yaş keçdikcə kompleksim də olmadı. Artıq mənim üçün adi bir şeydir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm