Azərbaycan mətbəxi Vyanada nümayiş olundu
Bizi izləyin

Tabloid.az

Azərbaycan mətbəxi Vyanada nümayiş olundu

Noyabrın 29-da Vyanadakı “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının təşkilatçılığı ilə 46-cı “Beynəlxalq Festival-Bazar” xeyriyyə tədbiri keçirilib.

Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizi həmin tədbirdə təmsil edib. Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli xörəklərimiz və şirniyyatlarımız minlərlə iştirakçıya təqdim edilib, suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də Azərbaycan şirkətlərinin məhsulları nümayiş olunub.

Hər il təşkil edilən bu tədbirin məqsədi toplanan vəsaitlə dünyada müxtəlif layihələr çərçivəsində uşaqlara yardım göstərməkdir. Tədbirdə müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. “Beynəlxalq Festival-Bazar”da dünyanın 80-dən artıq ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm