Tünzalə dünya ulduzlarını qonaq çağırır
Bizi izləyin

Tabloid.az

Tünzalə dünya ulduzlarını qonaq çağırır

Müğənni TRT AVAZ-da aparıcı olacaq

Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva “Bir səsin cazibəsi” adlı müəllif programıyla TRT AVAZ-da ekranlara çıxacaq.

Publika.az Show.az-a istinadən xəbər verir ki, Tünzalə Ağayeva TRT AVAZ izləyicilərinə musiqi ziyafəti verəcək.

“Bir səsin cazibəsi’’ adlı proqrama Türkiyədən eləcə də dünyadan sevilib-seçilən sənətçilər dəvət ediləcək.

Cazdan pop musiqisinə qədər bütün janrlarda olan musiqilər TRT AVAZ vasitəsi ilə ekranlara gələcək.

TRT Müzik kanalına məxsus olan “Bir səsin cazibəsi’’ programı TRT AVAZ-da 12 Fevral Bakı vaxtı ilə 19:40 –da yayımlanacaq. Proqramın təkrarı, 15 Fevral 03:30 da ekranlara gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm