Baloğlan Əşrəfov özüylə bağlı fakt açıqladı: “Beş il bunu evdəkilərdən gizlətdim”
Bizi izləyin

Tabloid.az

Baloğlan Əşrəfov özüylə bağlı fakt açıqladı: “Beş il bunu evdəkilərdən gizlətdim”

Əməkdar artist Baloğlan Əşrəfov vaxtilə valideynlərinin onun müğənni olmasına qarşı çıxmalarından danışıb.

Publika.az-ın məlumatına görə, vaxtilə buna görə çətin günlər yaşayan sənətçi indi o günlərin həzin xatirəyə çevrildiyini söyləyir: “Mən evin yeganə övladı olmuşam. İmkanımız da yaxşı olub, heç vaxt çətinlik nədir, bilməmişəm. Amma valideynlərim mənim sənətçi olmağımın əleyhinə idilər, onlar məni başqa peşədə görmək istəyirdilər. Buna görə də, sənət yoldaşlarımdan fərqli olaraq, Bakıya çox gec gəldim.

Buna baxmayaraq, sevənlərim çox olub. İki il əvvəldən toy sifarişləri almışam. Amma mənim məqsədim həm də paytaxta gəlmək və müğənnilik fəaliyyətimi genişləndirmək idi. Bunu eşidən bütün nəslim-nəcabətim mənə qarşı çıxdı. O dövrdə Bakıya gəlib xəlvəti müğənni kimi fəaliyyət göstərdim, konsertlər verdim. Özümə ev aldım, amma beş il bunu gizlətdim, evdəkilərin bundan xəbəri olmadı. Elə bilirdim bilsələr, məni kəndə qaytaracaqlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm