Nüşabə Ələsgərli məhkəmədə təhqir olunmasından danışdı - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli məhkəmədə təhqir olunmasından danışdı - AÇIQLAMA

Publika.Az xəbər verir ki, prosesdə zərərçəkmiş kimi iştirak edən müğənni Nüşabə Ələsgərli ilə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı arasında qalmaqal baş verib.


Qalqamqalla bağlı N.Ələsgərli ilə əlaqə saxladıq. Müğənni Publika.Az-a hadisəni belə izah etdi:

“Məhkəməyə getdim. Suallar verdilər, cavablandırdım. Əvəz Zeynallının həyat yoldaşı məni təhqir elədi, mən də istəməzdim elə cavab qaytarım, amma məcburiyyətdən özümü müdafiə etməli idim. Məhkəmədən çıxdım, sonra nə baş verdiyini bilmirəm. Şahidlər gələcəkdi... orada mənə qarşı zor tətbiqi olmadı. Məhkəmənin sədri hamını sakitləşdirdi. Dedi ki, əks təqdirdə hamını zaldan çıxaracaq. Əvəz Zeynallı da onlara dedi ki, sakit olsunlar. Onlar da sakit oldular. Əvəz Zeynallı da onların yerinə məndən üzr istədi”.

N.Ələsgərli onu da qeyd etdi ki, ilk dəfədir ki, məhkəmə prosesində iştirak edir:

“Mən məhkəmə proseslərində iştirak etmək istəmirəm. Bu cür iki prosesdə vəkilim məni təmsil edib. Amma bu dəfə mən getməli idim. Getdim də... ancaq heç xoşum gəlmədi”.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm