Əmrah uşağının şəklini bu qiymətə satır
Bizi izləyin

Tabloid.az

Əmrah uşağının şəklini bu qiymətə satır

Türkiyənin tanınmış müğənnisi Əmrah pula hərisliyi ilə yenidən diqqət mərkəzindədir.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət öncə “Mc Donalds”-ın reklam siması olması üçün 2 milyon 800 min lirə qazanan məşhur sənətçi bu dəfə doğulacaq körpəsinin fotosundan pul qazanmaq niyyətindədir.

Belə ki, o, həyat yoldaşı Sibel Kirerin bir neçə gün sonra dünyaya gətirəcəyi övladının – Elyasanın fotosunu media quruluşlarına 100 min lirə qarşılığında sata biləcəyini söyləyib.

Qeyd edək ki, ikinci dəfə ata olmaq sevinci yaşayan Əmrah həmin məbləğin xeyriyyə təşkilatlarından birinin hesabına köçürüləcəyini deyib. Mətbuat isə hər zaman xəsisliyi ilə ad çıxaran sənətçinin bu jesti edəcəyinə o qədər də inanmır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm