Samir Bağırovun anasına şok yaşatdılar – "Oğlun təyyarədə öldü" – DƏHŞƏT
Bizi izləyin

Tabloid.az

Samir Bağırovun anasına şok yaşatdılar – "Oğlun təyyarədə öldü" – DƏHŞƏT

Çoxdan gözə dəyməyən, mediadan uzaq gəzən, efirlərə çıxmaqdan imtina edən tanınmış müğənni Samir Bağırovun depressiyaya düşməsinin və efirlərə çıxmamasının əsl səbəbi bəlli oldu. Bu barədə Publika.az-a sənətçinin yaxın dostu stilist Samiraldo danışıb.

Onun sözlərinə görə, Samir Bağırov dəfələrlə yaradıcılıq yenilikləri ilə gündəmə gəlmək istəyib, amma onu istəməyən həmkarları buna mane olublar.

Samiraldonun sözlərinə görə, Samir Bağırov bu yaxınlarda yenidən depressiyaya düşüb: “Samir son günlər depressiyadan çıxmışdı və yeni layihələrini təqdim etməyə hazırlaşırdı. Hətta mənə dedi ki, dostum, artıq efirlərə çıxmaq, dinləyicilərimlə görüşmək arzusundayam. Yeni mahnılar yazdırmaq niyyətindəyəm. Amma elə bil ki, düşmənləri pusquda dayandı. Onun depressiyadan çıxmasını həzm edə bilməyən paxıl və bədxah sənətçi həmkarları dərhal onun qol-qanadını qırdılar. Samirin anasına xəbər çatdırıblar ki, oğlun dünyasını dəyişib. Dəfələrlə bu cür xəbərlərlə onun anasına dəhşət yaşadıblar. Hətta bu yaxınlarda ona zəng vurub deyiblər ki, oğlun təyyarə qəzasında ölüb. Bu dəfə də anası dəhşət içərisində Samirə zəng edib görüb ki, yenə onu aldadıblar. Bunu ilk dəfədir ki, sizə deyirəm, jurnalistlərin bundan xəbəri yoxdur. Olmaz axı, ananı elə faciəli xəbərlə qorxutmaq əclaflıqdır. Bütün bunlar Samiri çox incidir. Güclə özünə gəlmişdi, depressiyadan çıxmışdı, yenidən özünə qapıldı”.

Qeyd edək ki, müğənninin anası Amerikada yaşayır.

Samiraldo onu da bildirdi ki, əvvəlki illərdən fərqli olaraq, Samir xeyli çəki atıb: “Yalandan orada-burada xəbər çıxardılar ki, guya Samir pis xəstəliyə düçar olub, buna görə heç yerə getmir, evdə özünə qapanıb. Yalan söhbətlərdir. Samiri istəməyən, onun paxıllığını çəkən, onu efirlərdən qaçaq salmaq istəyən sənətçilərin uydurmasıdır bu”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm