Orduya həsr edilən “Müharibə” mahnısı təqdim edilib
Bizi izləyin

Tabloid.az

Orduya həsr edilən “Müharibə” mahnısı təqdim edilib

Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həsr edilən “Müharibə” mahnısının və onun əsasında çəkilən klipin təqdimatı olub.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, ideya müəllifi Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, musiqisi Elçin İmanova məxsus olan mahnı Azərbaycan xalqının milli vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənc nəslin bu ruhda tərbiyə olunmasına mühüm töhfədir. Klipdə Azərbaycan Ordusunun gücü, əzmi, yüksək döyüş hazırlığı tərənnüm olunur.


Tədbirdə Əzizağa Qənizadə, Elçin İmanov, ifaçı Rəşad İsmayıl və digərləri çıxış edərək mahnı və kliplə bağlı fikirlərini söyləyiblər.


Bildirilib ki, rok janrındakı “Müharibə” mahnısı gənclərimizi əsl vətənpərvər kimi yetişməyi öyrədir və bunu çox yüksək səviyyədə təbliğ edir.


Tədbirdə Müdafiə Nazirliyinin, ali hərbi məktəblərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və veteranlar iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm