Ən yaxşı hitlərin qala gecəsi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Ən yaxşı hitlərin qala gecəsi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dekabrın 24-də Heydər Əliyev Sarayında “Bakı gecələri- 2014” Estrada Mahnı Festivalının qala konserti baş tutacaq.

Publika.az-a bu barədə festivalın təşkilat komitəsindən məlumat verilib. Qala konsertdə 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və festivalın təşkilat komitəsi tərəfindən seçilərək proqrama daxil edilən 25 mahnı səslənəcək. Qala konsertdə tamaşaçılara təqdim olunan mahnılar “Bakı gecələri- 2014” Estrada Mahnı Festivalının laureatı adına layiq görülüb.

Qeyd edək ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalı 2008-ci ildən keçirilir. Təşkilat komitəsi 2013-ci ildə estrada janrında yazılan mahnıların az olduğunu nəzərə alaraq, festivalın iki ildən bir keçirilməsini qərara alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm