Məşhur türk aktrisa kürd dilini niyə öyrənir?
Bizi izləyin

Tabloid.az

Məşhur türk aktrisa kürd dilini niyə öyrənir?

Türkiyənin məşhur aktrisası Berrak Tüzünataç İran kürdü olan rejissor Şahram Alidinin yeni filmində çəkilmək üçün Mardinə gedib.

Batman Bələdiyyəsinin də dəstəklədiyi filmdə üç rəfiqənin həyatından bəhs edilir. Tüzünataç ilk dəfə bir kürd qızını canlandıracaq. Kann film festivalına göndəriləcəyi deyilən filmdə digər əsas rolu iranlı Mehrnuş Esmaeilpur oynayır.

Türkiyə mətbuatının yazdığına görə, Berrak Tüzünataç çəkilişlərə başlamazdan əvvəl kürdcə öyrənmək üçün özünə müəllim tutub. Aktrisanın bu addımı qardaş ölkədə birmənalı qarşılanmayıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm