• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İranlı rejissor İslam aləmini qəzəbləndirdi

İranlı rejissor İslam aləmini qəzəbləndirdi

İranlı rejissor Məcid Məcidi Hz. Məhəmmədin (s) səsli və görüntülü olaraq obrazı əks olunan film çəkib.

Axar.az xəbər verir ki, Livan müftisi Məhəmməd Əli Cuzu filmi sərt tənqid edərək İranın büdpərəstlik dövrünə qayıtdığını bildirib:

“Bu addım İranın İslamdan öncə mənimsədiyi bütpərəstlik günlərinə geri dönüşüdür”.

İslamın təhqir olunduğunu deyən müfti bu hadisəyə dünya müsəlmanlarının biganə qalmayacağını deyib:
“Bu peyğəmbər əfəndimizə hörmətsizlikdir. Heç kim Hz. Məhəmmədin şəxsiyyətini əks etdirə və onun rolunu oynaya bilməz”.

“CNN Türk”də yer alan xəbərə görə, film İranın paytaxtı Tehranda 2015-ci ilin fevralında baş tutacaq Şafak Kino Festivalında nümayiş etdiriləcək. Lakin İran rəsmiləri film ekranlara çıxdıqdan sonra sünni-şiə gərginliyinin daha da artacağından narahatdır.

Məlumat üçün bildirək ki, film peyğəmbərin uşaqlıq illərindən bəhs edir. Filmdə peyğəmbər səsli və görüntülü olaraq təsvir olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR