• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ramiz Əzizbəylidən xəbər var – ÖZƏL

Ramiz Əzizbəylidən xəbər var – ÖZƏL

Xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəylidən xəbər var. Publika.az-ın əməkdaşı onunla əlaqə saxlayıb.

Sənətkar bildirib ki, hazırda həkim nəzarəti altındadır:

“Bildiyiniz kimi, bir müddət öncə işemik insult keçirmişəm. Hazırda müalicə olunuram. Əsas müalicəm məhz onunla bağlıdır. Daim həkim nəzarətindəyəm”.

Ramiz Əzizbəyli bildirib ki, sənət yoldaşlarından bəziləri onun səhhəti ilə maraqlanır, əlaqə saxlayırlar:
“Sənət yoldaşlarımdan gəlib-gedənlər də var, zəng vurub kef-əhval tutanlar da. Amma gəlməyənləri də qınamıram. Çünki hamısı məşğul adamlardır”.

Xalq artisti əməkdaşımızın “Mədəniyyət və Turizm Nazirliyindən maraqlanan olubmu” sualına belə cavab verib:
“Son günlərdə nazirlikdən maraqlanan olmayıb. Amma əvvəl maraqlanmışdılar”.

Qeyd edək ki, R.Əzizbəyli 1948-ci ildə Bakı şəhərində anadan olub, 1991-ci ildə çəkdiyi “Bəxt üzüyü” tammetrajlı bədii filmi kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR