Türkiyə mətbuatı Elnarədən yazdı – VİDEO
Bizi izləyin

Tabloid.az

Türkiyə mətbuatı Elnarədən yazdı – VİDEO

Sevilən müğənni Elnarənin yeni yaradıcılıq işi Türkiyə mətbuatında da yer alıb.

Publika.az-a bu barədə müğənni özü məlumat verib.

Qardaş ölkənin tanınmış xəbər saytları Elnarə və Barış Kömürcüoğlunun “Dayan” mahnısına çəkilən klipdən yazıb. Xəbərdə Türkiyədə keçirilən "Pop-star" yarışmasının iştirakçısı B. Kömürcüoğlunun təqdimat mərasiminə qatılmamasının səbəbi də açıqlanıb.

"Onun Türkiyədə özəl işi olduğundan təqdimat mərasiminə qatıla bilməyib. Klipimiz gözəl alınıb. Bu ekran əsəri hər kəsin xoşuna gələcək". Bu sözləri müğənni Elnarə Xəlilova təqdimat nərasimindən sonrakı mətbuat konfransında deyib.

Xatırladaq ki, “Dayan” mahnısının söz və musiqisi Günel Sərdarqızına məxsusdur. Klipi türkiyəli rejissor Mustafa Sarıkaya ekranlaşdırıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm