Tanınmış xanəndə həyəcan içindədir – FOTO
Bizi izləyin

Tabloid.az

Tanınmış xanəndə həyəcan içindədir – FOTO

Tanınmış muğam ifaçısı Ehtiram Hüseynov solo-konsertə hazırlaşır.

Bu barədə Publika.az-a gənc xanəndə özü məlumat verib.

Konsertin muğam mərkəzində baş tutacağını deyən sənətçi həyəcan içərisində olduğunu da gizlətməyib: “Düzdür, dəfələrlə dinləyicilər qarşısında çıxışlarım olub. Amma bu, mənim geniş tamaşaçı qarşısında ilk solo-konsertimdir. Açığı, həyəcan içərisindəyəm. Çünki ilk solo-layihəmdir. Mən solo-konserti tamaşaçı qarşısında xanəndənin hesabatı kimi dəyərləndirirəm. İstər-istəməz insanın içində həyəcan, təşviş olur. Konsertə sayılı günlər qalıb, buna görə də bütün vaxtımı məşqlərə həsr edirəm. Əlbəttə, ustadlar qarşısında çıxış etmək məsuliyyətdir”.

Ehtiram onu da bildirdi ki, konsertində onu sevənlərlə bərabər, ustad sənətkarlar da iştirak edəcək.

Qeyd edək ki, konsert dekabrın 8-də, axşam saat 19.00-da Dövlət Muğam Teatrında baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm