
Türkiyənin ən məşhur teleaparıcılarından olan Burcu Esmersoy nişanlısı Sami Kiresepidən ayrılıb.
B.Esmersoy 150 min dollar dəyərində, 6 karatlıq brilyant qaşlı
nişan üzüyünü də qaytarıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, B.Esmersoy "Santa Farma İlaç
Sanayi A.Ş." farmasevtika şirkətinin sahibi Sami Kiresepi ilə ötən
il Nyu-Yorkda nişanlanmışdı. Onlar Burcunun ad günü, noyabrın 2-də
evlənməyi planlaşdırmışdılar.
Burcu Esmersoy Nyu-Yorkun Medison Avenyu səmtində yerləşən "Vera
Wang" butikində gəlinlik paltarını belə, sifariş vermişdi.
Teleaparıcı nişanı qaytarmasının səbəblərini açıqlamayıb.