Gangnam Style YouTube-nin sayğacını sıradan çıxartdı - VİDEO
Bizi izləyin

Tabloid.az

Gangnam Style YouTube-nin sayğacını sıradan çıxartdı - VİDEO

15 İyul 2012-ci il tarixindən etibarən YouTube-də 2 milyarddan çox izlənilən Gangnam Style klipi sosial şəbəkənin sayğacını sıradan çıxarıb.

Publika.az-ın məlumatına görə, sosial şəbəkədə izləmə rəqəmlərini göstərən sayğac 2 milyon 137 minə çatınca problem üzə çıxıb. YouTube-dən verilən açıqlamada bildirilir ki, heç bir videonun bu qədər izlənəcəyi təxmin edilməıdiyindən sayğaclar 2 milyona hesablanıb. Gangnam Style-ın bu kvotanı aşması isə şəbəkədə problem yaradıb.

Şirkət tezliklə problemin aradan qaldırılacağını və sayğacın hesablama rəqəmlərinin artırılacağını bildirib. Lakin problem aradan qaldırılsa da, videonun rekordunu görmək üçün istifadəçilər siçanın kursivini rəqəmlərin üzərinə gətirdikdə sayğac hesablamağa başlayır.

Xatırladaq ki, sosial şəbəkə hazırda klipin izləmə rekordunu 2 156 711 510 göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm