Ərinə görə işini itirdi - FOTO
Bizi izləyin

Tabloid.az

Ərinə görə işini itirdi - FOTO

Məşhur türk sənətçi Songül Karlının 3 ay əvvəl “Kanaltürk”də yayıma başlayan verilişi bağlanıb. Publika.az-ın məlumatına görə, buna səbəb sənətçinin həyat yoldaşının borclarıdır.

Qeyd olunur ki, Songül Karlının 2012-ci ildə canlı yayımda evləndiyi iş adamı Metin Yüncünün külli miqdarda borcu varmış. Müğənni verilişinin prodüserindən kömək istəsə də, prodüser Cəbrayıl Mungan bu mövzuda köməkçi ola bilməyəcəyini bildirib. Məhz bundan sonra Karlı ilə Munga arasında anlaşılmazlıq yaranıb və aparıcı verilişdən imtina etmək qərarına gəlib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm