Ölümü zarafat kimi qarşılanan aktyor – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ölümü zarafat kimi qarşılanan aktyor – FOTOLAR

Nə yaxşı ki, kinomuzda və teatrımızda belə sevilən sənətkarlar olub. Bu gün də onun rollarını yada salanda dodağımıza gülüş qonur.

Söhbət Həsənağa Salayevdən gedir. Hər zaman şən zarafatları ilə hər kəsin sevimlisi olan böyük aktyor hətta ölümünə belə sənət dostlarını inandıra bilməmişdi. Hər kəs onun ölüm xəbərini zarafat kimi qəbul etmişdi.

Bəli, bu gün Azərbaycan teatr və kino aləmində bənzərsiz obrazlar yaradan əvəzsiz aktyor Həsənağa Salayevin doğum günüdür.

Həsənağa Salayev 1921-ci il dekabrın 5-də Bakıda dünyaya göz açıb. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinfini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.

Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və yeni hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Onnu zəngin obrazlar qalereyası var. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas) tamaşalarında xarakterik səhnə obrazları yaradıb.

Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii filmlərində və "Aygün" televiziya filmində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.

Yaradıcılığının ən gözəl çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub.

Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci ildə oktyabrın 2-də dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm