Elgin mərmərləri Rusiyaya icarəyə verildi
Bizi izləyin

Tabloid.az

Elgin mərmərləri Rusiyaya icarəyə verildi

Britaniya Muzeyi ilk dəfədir ki, Elgin mərmərlərini xaricə icarəyə verir.

Publika.az-ın məlumatına görə, çaylar tanrısı İlissosun başsız təsviri Rusiyaya, Sankt Peterburqdakı Dövlət Ermitaj Muzeyinə göndərilib. Heykəl yanvarın ortasınadək bu muzeydə olacaq.

Bu, Yunanıstanın Osmanlı İmperiyası tərkibində olduğu vaxtlar Britaniya səfiri Lord Elgin tərəfindən Londona gətirilən və Elgin mərmərləri kimi tanınan əsərlərdən biridir.

Britaniya Muzeyinin direktoru Neil MacGregor deyib ki, bu, çox böyük andır.

"İlk dəfədir ki, Rusiya xalqı Avropa sənətinin və Avropa düşüncəsinin bu böyük anını görə biliblər",- BBC Radio 4-ün Today proqramına deyib.

MacGregor əlavə edib ki, Yunanıstan hökuməti də buna çox şad olacaq.

Qeyd edək ki, Yunanıstan iddia edir ki, 2500 yaşlı Farfenon memarlıq abidəsinə məxsus əsərlər ona məxsusdur və Lord Elgin onları qanunsuz şəkildə ölkədən çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm