20 ilə hazır olan əsər təqdim edildi - FOTO
Bizi izləyin

Tabloid.az

20 ilə hazır olan əsər təqdim edildi - FOTO

20 ilə ərsəyə gəlmiş İspaniya kral sülaləsinin ailəvi portretinin Madriddə rəsmi təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, yaratdığı əsərləri xırdalığınadək işləyib hamarlamağa adət etmiş rəssam Antonio Lopez boya lövhəsinə 20 il vaxt sərf etməsini eyni zamanda bir neçə əsər üzərində işləməsilə izah edib.

"İstəməzdim ki, tənbəl olduğumu düşünəsiniz", rəssam İspaniyanın El Pais nəşrinə yarızarafat bildirib.

Tamölçülü boyalı lövhədə keçmiş kral Juan Carlos və kraliça Sofianın uşaqları kral Felipe VI və şahzadələr Elena və Kristinanın əhatəsində təsvir olunublar. Rəssamın təbirincə, əsərin tamamlanması müddəti və üslubu ilə bağlı kral ailəsindən ona heç zaman təzyiq göstərilməyib.

"Onların yeganə xahişi ispan ailəsi kimi təsvir edilmələri olub", - deyən rəssam sentyabr ayında portret üzərində iş çərçivəsində hər gün Kral Sarayına gedib 5 saat ərzində çalışdığını qeyd edib.

"Bacardığım üslubda işləyirdim.Təəcüblüdür ki, portret məni bezdirmədi", - Antonio Lopez əlavə edib.

Əsəri sifariş edən İspaniya Milli İrs Fondunun prezidenti Jose Rodriguez-Spiterinin sözlərinə görə, kral Felipe əsəri görəndə deyib: "Hamı bu şəkildə sanki 20 il bundan əvvəl olduğu kimidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm