İbrahim Tatlısəs yenidən evlənir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

İbrahim Tatlısəs yenidən evlənir – FOTOLAR

Türkiyənin tanınmış müğənnisi və iş adamı İbrahim Tatlısəs yenidən ailə həyatı qurmağa hazırlaşır.

Publika.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, bu barədə İ.Tatlısəsin yaxınları məlumat verib.

Məlumata görə, hazırda Quşadasında istirahət edən İ.Tatlısəs bu yaxınlarda müalicə və müayinə üçün ABŞ-a gedəcək. Amerikada müalicəsi bitdikdən sonra isə müğənni Türkiyəyə qayıdacaq və Ayşegül Yıldızla təkrar nikah mərasimi təşkil olunacaq.

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ildə ona qarşı edilən sui-qəsd cəhdi nəticəsində ağır yaralanıb. Həmin vaxt hələ müalicəsi davam edərkən, İ.Tatlısəs 2011-ci il sentyabrın 27-də uzun illər birlikdə yaşadığı Ayşegül Yıldızla tələsik ailə həyatı qurub. 2013-cü il aprelin 9-da onların Elif Ada adında qızları dünyaya gəlib. Deyilənlərə görə, İbrahim Tatlısəs həyat yoldaşının dünyaya qız uşağı gətirməsi səbəbindən onunla boşanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm