Turistlərin üstünlük verdiyi ölkələr - SİYAHI (FOTO)
Bizi izləyin

Tabloid.az

Turistlərin üstünlük verdiyi ölkələr - SİYAHI (FOTO)

“Reddit” mərkəzi müxtəlif ölkələrin bir qrup sakini arasında hansı şəhərlərə səyahət etmək istədikləri barədə sorğu keçirib. Rəyi soruşanlar dünyanın 9 şəhərinin adını çəkib və həmin yerlərə səyahət etmək arzusunda olduqlarını bildiriblər.

Sorğunun nəticələrinə görə 1990-cı ildə baş vermiş müharibə dəhşətlərinə məruz qalmasına baxmayaraq təmiz havası və gözəl mənzərələri ilə turistləri özünə getdikcə daha çox cəlb etməkdə olan Xorvatiyanın Dubrovnik şəhəri siyahıda birinci yerdə gəlir.

İkinci yeri antik dövrünün mədəni irslərini hifz edib saxlayan İtaliyanın paytaxtı Roma tutur.

Hündür minarələri, gözqamaşdırıcı bazarları və məşhur türk hamamları ilə İstanbul turistlərin ən çox sevdikləri bir şəhər kimi üçüncü yerdə qərarlaşır.

Dünya mədəniyyətinin beşiyi hesab edilən Paris siyahıda dördüncü yerdədir.

Sonrakı yerləri Rio-de-Janeyro, Florensiya və Venetsiya, Praqa və Amsterdam şəhərləri tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm