• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı bəstəkar Sərdar Ortaç və Şəhrizadla bir arada - FOTOLAR

Azərbaycanlı bəstəkar Sərdar Ortaç və Şəhrizadla bir arada - FOTOLAR

Bəstəkar və söz yazarı Günel Sərdarqızının yeni üç mahnısı dinləyicilərin ixtiyarına veriləcək.

Bu barədə bəstəkar Publika.az-a açıqlamasında bildirib. Mahnılar “Çapkın kelebek”, “Yok öyle dünya”, “Təcrübə” adlanır. Hitlər Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın elə qardaş ölkədə çıxan musiqi albomunda yer alıb: “İradənin həmin albomundakı mahnıları onun çalışdığı tanınmış əcnəbi şirkətin musiqi prodüserləri seçib. Mənim kimi bir çox azərbaycanlı bəstəkarlar həmin alboma daxil olmaq üçün bir çox mahnılar yollayıblar. Lakin çox sevindirici haldır ki, məhz mənim üç mahnım üzərində dayanılıb”.

Qeyd edək ki, İ. İradənin həmin albomuna G. Sərdarqızı ilə yanaşı məşhur türkiyəli müğənni və bəstəkar Sərdar Ortaç və Şəhrizadın mahnıları da daxil edilib. “Çapkın kelebek” mahnısının sözləri Günay Çoban, “Yok öyle dünya” və “Təcrübə”nin sözlıri isə elə bəstəkarn özünə məxsusdur: “ Bəstələdiyim mahnıların sözlərini heç kimə etibar etmirəm. Əsasən özüm yazıram. Lakin “Çapkın kelebek”in sözləri Günay Çobana həvalə edildi. G. Çoban Türkiyədə bir çox müğənnilərin məşhur mahnılarına söz yazıb. Elə bunlardan Tarkanın “Kayıp”, Özcan Denizin “Nasip deyilmiş” mahnılarını misal göstərmək kifayət edər”.

Xatırladaq ki, G. Sərdarqızının son yaradıcı işləri sırasına Elnarənin ifasında “Gentleman”, “Robot”, “Ha ha”, son günlərin ən çox dinlənilən “Dayan” hiti, Lətifə Soyuözün ifasında “Hədəf”, “Çanta”, “Canın sağ olsun” mahnıları daxildir.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR