Tabloid.az
Sevinclə Aygün Kazımovanın “diva” QALMAQALI
Müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında “Azərbaycanın divası” adlandırılmasına münasibət bildirib.
Publika.az-ın məlumatına görə, qardaş ölkədə gördüyü diqqətdən məmnun olduğunu dilə gətirən ifaçı bu cür adlandırılması ilə bağlı yaranan müzakirələrdən narahat olduğunu bildirib: “Türkiyə mətbuatında haqqımda tez-tez məlumatlar dərc olunur. Yazılan xoş sözlərdən məmnunam, başqa bir ölkədə də diqqət görmək xoşdur. “Azərbaycanın divası” adlandırmaları müəyyən söz-söhbətlərə səbəb olub. Bəziləri düşünür ki, mən özümü bu cür təqdim etmişəm və ya özüm-özümü “diva” adlandırmışam.
İlanla rəqsim Türkiyə mətbuatının diqqətini çəkib. Türkiyədə olanda da mənə bildirdilər ki, bizim səhnədə belə bir müğənni yoxdur. Bu cür söhbətlər məni narahat edir. Mən öz sənətimlə ciddi məşğul olan, üzərimdə var gücü ilə çalışan gənc müğənniyəm. Uğurlarım qarşıdadır. Hamı bilir ki, ölkəmizin “diva”sı xalq artisti Aygün Kazımovadır. O, illərlə bu sənətdə can qoyub və bu ada layiqdir. Mən isə gələcəkdə uğurlarım sayəsində fərqli ada layiq görülmək istəyirəm. Aygün xanıma da uğurlar arzulayıram”.
Qeyd edək ki, müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında “Azərbaycanın divası” adlandırılıb.
Cəvahir
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?