Mənsum İbrahimov tələbəsi ilə Ankarada konsert verdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimov tələbəsi ilə Ankarada konsert verdi – FOTOLAR

Xalq artisti Mənsum İbrahimov və tələbəsi Vüsalə Rəcova Türkiyənin Orta Doğu Texnik Universitetində “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış edib. Universitetdə təhsil alan tələbələrin təşkil etdiyi konsertdə Ankaranın müxtəlif ali təhsil ocaqlarından tələbələr iştirak ediblər.

V.Rəcova təəssüratlarını Publika.az-la paylaşıb: “Mənsum müəllim konsertdə birgə çıxış etmək üçün tələbələrindən məni məsləhət gördü. Çıxışlarımız ayrı-ayrılıqda və duet şəklində oldu. “Sarı gəlin” və “Heydər Babaya salam”ı birlikdə səsləndirdik. Zal hər çıxışımızı alqışlarla qarşıladı. Üç dəfə səhnəyə çıxdım. Hər dəfə xalq, bəstəkar mahnıları və muğam parçaları səsləndirdim. Mənsum müəllim və dəyərli musiqiçilərlə bir səhnəni bölüşmək mənim üçün fəxrdir. Bu cür çıxışlarımız davamlı olacaq”, – deyən Vüsalə xanım növbəti yaradıcılıq səfərinin yeni ilə nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, hər iki ifaçını tarda əməkdar artistlər Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət ediblər. Nağarada isə Siyavuş Kərimov ifa edib. Tədbirin sonunda musiqiçilərə fəxri diplomlar təqdim edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm